Helikopter qəzasında sağ qalan 13 nəfər tapılıb

helikopter-qezasinda-sag-qalan-13-nefer-tapilib
Oxunma sayı: 1301

Venesuelada dekabrın 30-da yoxa çıxmış hərbi helikopterin göyərtəsindəki insanlardan ən azı 13 nəfərin sağ qaldığı bildirilib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik”agentliyi sağ qalanların qohumlarına istinadən məlumat yayıb.

Bundan əvvəl “Mi-17” hərbi helikopterinin qəzaya düşməsi nəticəsində 16 nəfər həlak olub. Hökumət isə ölənlərlə bağlı məlumatı təsdiqləməyib.

Qəza nəticəsində sağ qalanları La-Esmeralda şəhərindəki xəstəxanaya yerləşdirilib.