Həbs olunan polislərin sayı 2 oldu - Karlovun qətlinə görə

hebs-olunan-polislerin-sayi-2-oldu
Oxunma sayı: 907

Ankarada qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun cinayət işi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində bu gün 1 polis həbs olunub.

Qafqazinfo” “Haberturk”ə istinadən xəbər verir ki, sui-qəsdlə bağlı dünən 1-i polis olmaqla daha 2 nəfər tutulub.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlüt Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.