Hamı bu kadrları izləməlidir - Video

hami-bu-kadrlari-izlemelidir
Oxunma sayı: 8000

“Əslində insanlar pis deyil, insanlıq pis yönə doğru sürüklənir”. Bəzən qarşılaşdığımız situasiyalar bizə xoşbəxtlik bəxş etsə də, bəzən də müşahidə etdiklərimiz bizi insan övladının dünyada ən vəhşi məxluq olduğu qənaətinə gətirir. Bir sözlə, öz görüntümüzü özümüz yaradırıq. Çox zaman təcavüzlərdən, tələfatlardan, insan əlinin korladığı gözəlliklərdən danışmağa məruz qalsaq da, dünyanın dörd bir yanında hələ də yaxşılıq toxumlarını cücərdən insanlar az deyil.

Ey insan, pul ilə açma gözünü,
Haqqa-ədalətə söylə sözünü.
Söylə həqiqəti, söylə düzünü,
Söylə ki, namərdin üzü gülməsin,
İnsanlıq, adamlıq, vicdan ölməsin... (Niyazi; İnsanlıq ölməsin qoy)

Bu əsnada “Qafqazinfo” insanlıqları ilə bəşəriyyətə nümunə olacaq bir çox şəxsin yer aldığı bu qısa videonu sizə təqdim edir:

Günel Hacı