“Hakim vəzifə səlahiyyətlərini aşıb” - Tramp

hakim-vezife-selahiyyetlerini-asib
Oxunma sayı: 1315

ABŞ prezidenti Donald Tramp Havay ştatı məhkəməsi hakiminin vəzifə səlahiyyətlərini aşdığını bildirib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp Tennesi ştatında çıxışı zamanı söyləyib.

Hakim Derrik Uotsonun çıxardığı qərarı çox acınacaqlı xəbər olduğunu bildirən Tramp "Havay ştatı məhkəməsinin hakimi vəzifə səlahiyyətlərini aşıb. Bu çox pis qərardır və   təqdirəlayiq deyil”,-deyə bildirib.

 Qeyd edək ki, bu gün ABŞ-ın Havay ştatı məhkəməsi prezident Donald Trampın martın 6-da imzaladığı yeni miqrasiya fərmanının icrasını müvəqqəti təxirə salıb.