Gürcüstana qayıdıb, aktiv siyasətə qoşulacaq - Saakaşvili açıqladı

gurcustana-qayidib-aktiv-siyasete-qosulacaq
Oxunma sayı: 2157

Eks-prezident, Odessa qubernatoru Mixail Saakaşvili Gürcüstana qayıtmaq və aktiv siyasi fəaliyyətlə məşğul olmaq istədiyini açıqlayıb.

Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, Saakaşvili qayıdacağı dəqiq tarixi açıqlamayıb:

“Qoy heç kim şübhə etməsin və bunu təhdid kimi qəbul etməsin, lakin mən Gürcüstana qayıtmaq və proseslərə aktiv olaraq qoşulmaq istəyirəm”.

Xatırladaq ki, indiki gürcü prezidenti Georgi Marqvelaşvili 2015-ci ildə Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi ilə bağlı sərəncam vermişdi.