“Günahsız qurbanam...” - Prezident

gunahsiz-qurbanam
Oxunma sayı: 1468

Braziliya prezidenti Dilma Rusef özünü günahsız qurban adlandırıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə prezident BBC-ə müsahibəsində danışıb. Rusef bildirib ki, onu devirmək cəhdlərinin günahsız qurbanıdır.

Qeyd edək ki, bir həftə sonra senatda Rusefin impiçmentinin elan edilməsi ilə bağlı səsvermə baş tutacaq.

Xatırladaq ki, aprelin 18-i Braziliya parlamentinin aşağı palatası prezidentin impiçmenti ilə bağlı səs vermişdi.
Rusef bildirib ki, o, hətta yuxarı palata onun vəzifəsindən uzaqlaşdırılması leyhinə səs versə belə, öz postu uğrunda mübarizəni davam etdirmək niyyətindədir.

Dilma Rusefdən müsahibə alan BBC müxbiri isə hesab edir ki, prezident rəqiblərinin gücünü düzgün qiymətləndirə bilmir və öz ofisini bir neçə gün ərzində tərk edə bilər.