Gülənlə bağlı yeni proseslər olacaq - Nazir açıqladı

gulenle-bagli-yeni-prosesler-olacaq
Oxunma sayı: 1414

Türkiyənin Ədliyyə naziri Bekir Bozdağ Fətulla Gülənin ekstradisiyası ilə bağlı yeni proseslərin olacağını bəyan edib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir FETÖ lideriylə bağlı ABŞ-lı həmkarı ilə bu yöndə müzakirələr aparacağını deyib:

ABŞ-ın yeni Ədliyyə nazirinə təbrik məktubu göndərdim, ən qısa zamanda da görüşəcəyik. FETÖ lideri Gülənin ekstradisiyası ilə bağlı yeni sübutlar təqdim etməyimizə ehtiyac yoxdur. Onun Türkiyəyə təhvil verilməsi ilə bağlı yeni irəliləyişlər yaşanacaq”.