Gülənin əsas adamı həbs olundu

gulenin-esas-adami-hebs-olundu
Oxunma sayı: 6857

“Xidmət” hərəkatının lideri Fətullah Gülənin ən yaxın adamlarından biri tutulub.

Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, həbs olunan şəxs “Halis Hancı” ləqəbli Davut Hancıdır.

Trabzon valisi Yücel Yavuz qeyd edib ki, o, şəhərin təhlükəsizlik xidmətləri tərəfindən həbs edilib. Vali bildirib ki, hazırda Davut Hancının dindirilməsi davam edir.

Qeyd edək ki, dünən Gülənin qardaşı oğlu Məhəmməd Səid Gülən də Ərzurumda həbs edilmişdi.