Görüşə köhnə ayaqqabıda gəldi - ABŞ prezidentliyinə namizəddir

goruse-kohne-ayaqqabida-geldi
Oxunma sayı: 3745

ABŞ-da prezident seçkiləri kampaniyasının gedişində namizədlər seçicilərin rəğbətini qazanmaq üçün əllərindən gələni edir.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə keçmiş qubernator, Respublikaçılar partiyasından namizədliyini irəli sürən Ceb Buşun ayaqqabıları müzakirə mövzusuna çevrilib. Məşhur və ABŞ-ın ən varlı ailələrindən birinin nümayəndəsi olan Ceb seçiciləri ilə görüşə bantla yapışdırılan köhnə ayaqqabıda gəlib.  Eks-prezident Corc Buşun kiçik qardaşının ayaqqabıları fotokameraların obyektivindən də yan keçməyib.

Politoloqlar isə hesab edir ki, seçkidə geridə qalan Cob Buş bu yolla kasıb seçiciləri özünə cəlb etməyə çalışıb.