“Google” holdinqin mülkiyyəti olacaq

google-holdinqin-mulkiyyeti-olacaq-
Oxunma sayı: 953

Cari ilin avqustunda internet nəhəngi öz biznesini yenidən strukturlaşdırmağa başladığını elan etmişdi. Bunun üçün holdinq olacaq yeni firma təsis edilib və “Google” onun tərkibinə daxil ediləcək.

“Qafqazinfo”nun ictnews.az-a istinadən məlumatına görə, “Google” şirkətinin icraçı direktoru Larri Peyc “Alphabet”in həmtəsisçisi olub. Axtarış sisteminin digər həmtəsisçisi Serqey Brin yeni şirkətin prezident postunda çalışacaq.

Şirkətin nümayəndəsi əmin edir ki, istifadəçilər heç bir dəyişiklik hiss etməyəcək. “Google sadəcə adını Alphabet-ə dəyişir və “Google” filialını təsis edir” - şirkətin mətbuat xidmətindən bildirilib.

Şirkətin məhsullarının inkişafı bölməsinin direktoru hindistanlı Sundar Piçai “Google”un yeni direktoru olacaq.