Google Gülənin ölüm tarixini yazdı

google-gulenin-olum-tarixini-yazdi
Oxunma sayı: 2694

Dünyanın ən çox istifadə edilən axtarış sistemlərindən olan quql Fətullah Gülən barədə məlumatlarda maraqlı fakt qeyd edib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, axtarış sistemi FETÖ lideri ilə bağlı məlumatlarda onun ölüm tarixini göstərib. Belə ki, qeydlərdə Gülənin ölüm tarixi 13 aprel 2017-ci il kimi yazılıb.

Qeyd edilir ki, quql istənilən məlumatı vikipediyadan götürür və bu platformada məlumatları dəyişmək və əlavələr etmək mümkündür. Güman edilir ki, vikipediyada Gülənin ölüm tarixi qeyd edilib sonradan çıxarılsa da, quql bu səhvi bərpa etməyib.

Aysel Kərimova