Gizli təşkilatın sirri açıldı

gizli-teskilatin-sirri-acildi
Oxunma sayı: 673

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, alimlər mətni oxumaq üçün komyuter proqramlarından istifadə ediblər.
18-ci əsrdə Almaniyada xüsusi şifrələrlə yazılan kitab “Da Vinçi kodu” kimi sirli olmasa da, o dövrdə ortaya çıxan müəammalı təşkilatlardan birinin gizli rituallarını açıqlayır. Mətndə eyni zamanda, gizli olmayan bəzi masson icmalarının ayinlərinə dair məlumatlar yer alır.
Kodu açmaqda iştirak etmiş kompyuter proqramçısı Kevin Knight kitabın gizli icmalar üzərində araşdırma aparmağa yol aça biləcəyini söyləyib.
Knight deyib ki, tarixçilərin çoxu gizli icmaların inqlabların baş verməsinidə rolu olduğuna inanır, amma əksər hallarda bu, birmənalı olaraq təsdiq edilmir, çünki sənədlərin böyük qismi kodlaşdırılıb.
“Copiale şifrəsi”nin əlyazması soyuq müharibə bitdikdən sonra Qərbi Berlində tapılmışdı. Kitabın yunan və Roma həriflərinin istifadə edildiyi şifrələrlə yazıldığı bildirilir.