Gecə klubuna silahlı hücum - 8 ölü+Video

gece-klubuna-silahli-hucum
Oxunma sayı: 3863

Meksikada gecə klubuna silahlı hücum olub.

Qafqazinfo” “milliyet”ə istinadən xəbər verir ki, hücum nəticəsində 8 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirib.

Hadisə Playa Del Karmen şəhərindəki “Blue Parrot” gecə klubunda baş verib. Hücum yerli vaxtla 02.00-da törədilib. Silahlı şəxs pəncərədən içəridə rəqs edən insanlara atəş açaraq qaçıb.

Yerli mətbuatın məlumatına görə, hücum edən şəxsin narkotik satışı ilə məşğul olan qruplaşmalardan birinin üzvüdür.