Fici sahilində yenidən zəlzələ olub

fici-sahilinde-yeniden-zelzele-olub
Oxunma sayı: 629

Sakit okean sahillərində yerləşən Fici adalarında 5,5 bal gücündə yenidən zəlzələ baş verib.

Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Nandi şəhərindən 171 km cənub-qərbdə, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanar barəsində məlumat yoxdur.

Qeyd edək ki, səhər saatlarında Nandi şəhərindən 185 km cənub-qərbdə 6,1 bal gücündə zəlzələ olub.