Türkiyədə keçirilən FETÖ əməliyyatları zamanı daha bir qrup jurnalist saxlanılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, şübhəli şəxs qismində nəzarətə götürülən jurnalistlər "Hürriyet" qəzetinin saytı “hurriyet.com.tr”nin əməkdaşlarıdır. Məlumata görə, aparılan əməliyyat zamanı nəşrin 9 əməkdaşının evində axtarış aparılıb. Həmin şəxslər “hurriyet.com.tr”nin redaktoru Dinçər Gökçə, eyni zamanda digər əməkdaşlar Nurullah Öztürk, Rasih Yılmaz, Murad Aksoy, Abdullah Alparslan Ağquş, İsgəndər Yunus Tiryakı, Ləvənt Ərəb, Ömər Şahin və Ayxan İldırımdır.