Fantastik texnologiya

fantastik-texnologiya
Oxunma sayı: 2810

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tədqiqatçılar qrupu, sözün əsl mənasında, görüntünün barmaqlarla idarə olunmasına imkan verən yeni ekran növü istehsal ediblər.

“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, “Generic, Highly-Organic Shape-Changing Interfaces” layihəsinin bir hissəsi olan bu yeni icadin ərsəyə gəlməsinə üç il vaxt sərf edilib. Şüşə əvəzinə “laykra” adlanan elastik-sintetik materialla təchiz edilməklə formasını dəyişə bilən ekran vasitəsilə görüntüyə toxunmaq və hətta onu ekrandan kənara çəkmək mümkündür. Buna ultrasəs levitasiyası texnologiyası sayəsində nail olunub.

Alimlər hazırda belə ekranların smartfonlarda istifadəsi üzərində çalışdıqlarını və onların satışa beş ildən sonra çıxarılacağını deyiblər.