Ermənistana viza mandatı verilə bilər

ermenistana-viza-mandati-verile-biler
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortla birgə keçirdikləri mətbuat konfransında deyib. Nazir tezliklə, mandatın verilməsindən sonra Ermənistan və Avropa Birliyi ölkələri arasında viza rejiminin ləğvi üzrə prosesin başlanacağı ilə bağlı əminliyini ifadə edib. Onun sözlərinə görə, hazırda Ermənistan və AB arasında azad ticarət zonasının yaradılması üzrə hazırlıq işləri gedir. Nalbandyan onu da əlavə edib ki, Lefortla görüş zamanı son illərdə dinamik inkişaf edən Ermənistan-AB münasibətləri, həmçinin Varşavada keçiriləcək sammit və Ermənistan-AB assosiasiyası ilə bağlı razılıq da müzakirə olunub.

Səidə