Ərəbistanda müəllim həmkarlarını güllələdi - 6 ölü, 2 yaralı

erebistanda-muellim-hemkarlarini-gulleledi
Oxunma sayı: 990

Səudiyyə Ərəbistanının Cazan şəhərində təhsil departamentinə silahlı hücum olub.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hücum edən şəxs müəllim olub. O, mübahisə zəmnində həmkarlarına atəş açıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hücum edən şəxs saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.