Ərəb şahzadəsi twitterin ikinci sahibi oldu

ereb-sahzadesi-twitterin-ikinci-sahibi-oldu
Oxunma sayı: 1587

Səudiyyə Ərəbistan şahzadəsi Əl-Vəlid bin Talal twitterin ikinci ən böyük ortağı olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə yeni satın alışı ilə twitterdəki hissə payını iki qatına çıxarıb.
Daha əvvəlki investisiya ilə twitterin 100/3-nün sahib olan Əl-Vəlid bin Talal payını 100/ 5.17-yə çıxarıb.
ABŞ qanunlarına görə, 5 faizdən artıq hissə sahibi olan şəxs mülk sahibi siyahısına daxil edilir.

Qeyd edək ki, twitterin qurucusu və əsas birinci mülkədarı Evan Williams 46,5 milyondan çox hissəsiylə şirkətin 100/ 6,9 faizinə sahibdir.