Ərdoğanın Putinə zənginə Rusiyadan cavab

erdoganin-putine-zengine-rusiyadan-cavab-
Oxunma sayı: 5700

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə zəng edib-etmədiyi barədə açıqlama verib.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, nazir bildirib ki, Ərdoğan tərəfindən Putinə heç bir telefon zəngi daxil olmayıb.

Qeyd edək ki, Türkiyə preziednti Rəcəb Tayyib Ərdoğan“France24” telekanalına müsahibəsində rus təyyarəsini vurduqdan sonra Rusiya prezidenti Vladimir Putinə zəng etdiyini açıqlamışdı.

"Putinlə telefon əlaqəsi yaratmağa çalışdım, lakin o cavab vermədi”, deyə Ərdoğan bildirmişdi.