Ərdoğanın nazir kürəkənindən “Moody's”a cavab - “Vız gələr, tırs gedər”

erdoganin-nazir-kurekeninden-moodysa-cavab
Oxunma sayı: 4799

Türkiyənin enerji ve təbii ehtiyatlar naziri Berat Albayrak “Moody's” beynəlxalq reytinq agentliyinin ölkənin kredit reytinqini endirməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazir “Moody's”un nəticələrinin onlar üçün önəmli olmadığını bildirib:

“Biriləri reytinqimizi endirib, ya qaldırıb, vecimizə deyil. Ölkə olaraq böyüməyə, dik duruşumuzu qorumağa davam edəcəyik. Əlhəmdülillah, bu oyunun fərqindəyik. Vız gələr, tırs gedər. Maşallah, iqtisadiyyatımız hər gün daha da yaxşıya doğru gedir. Türkiyə bölgədə ən güvənli və davamlı partnyor olmağa davam edəcək”.