Ərdoğanın mühafizəçiləri Ekvadorda qadınlara qarşı - Video

erdoganin-muhafizecileri-ekvadorda-qadinlara-qarsi
Oxunma sayı: 4019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvadora səfəri qalmaqalla bitib.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Ərdoğanın Ekvador Universitetindəki çıxışı zamanı xoşagəlməz hadisə baş verib.

Zalda əyləşən bir neçə qadın gözlənilmədən prezidentin istefasını tələb ediblər. Prezidentin mühafizəçiləri isə qadınlara qarşı güc tətbiq edərək bayıra çıxarıblar.

Hadisədən sonra Türkiyənin Ekvadordakı səfiri Korkut Güngen bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfiri qəbul edən Xarici İşlər nazirinin müavini Fernando Yepez Türkiyə Prezidentinin Ekvador Universitetindəki çıxışı zamanı baş verən xoşagəlməz hadisələrə görə üzr istəyib.

Nazirlik rəsmisi Türkiyə təhlükəsizlik qüvvələrinin Ekvador vətəndaşlarına qarşı zor tətbiq etdiyini də səfiri diqqətinə çatdırıb. Nazir müavini hadisə ilə bağlı rəsmi Ankaradan açıqlama gözlədiklərini qeyd edib.