Ərdoğandan sürpriz səhər yeməyi - Həmin 3 şəxs də orada...

erdogandan-surpriz-seher-yemeyi
Oxunma sayı: 4027

AK partiyasında baş nazir Davudoğlunun iştirakı ilə keçirilən toplantıya paralel olaraq Prezident sarayında gözlənilməz görüş baş tutub. 

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Beştəpədə prezident Ərdoğan bəzi komitə rəhbərləri və deputatlar ilə proqramda yer almayan görüş keçirir.

Millət vəkillərini səhər yeməyinə dəvət edən Ərdoğanın görüşə çağırdığı şəxslər arasında 3 nəfər diqqət çəkib. Binalı Yıldırım, Berat Albayrak və Bekir Bozdağın da qonaqlar asırasında olması diqqətçəkən məqam olub. Belə ki, Türkiyə mediası məhz həmin şəxslərin baş nazir postuna irəli sürüləcəyini yazmışdı.