Ərdoğan Yusif İslamla görüşdü - Foto

erdogan-yusif-islamla-gorusdu
Oxunma sayı: 1415

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan 68 yaşlı ingilis musiqiçi Ket Stivenslə görüşüb.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Prezident Sarayında mətbuata qapalı keçirilən görüş 1 saat 15 dəqiqə davam edib.

“Sevgili qardaşım Yusif, Külliyəni ziyarətin və səmimi söhbətin üçün təşəkkür edirəm. Türkiyəyə xoş gəldin”, - deyə R. T. Ərdoğanın Tvitter hesabında yerləşdirilən yazılı açıqlamada bildirilir.

Qeyd edək ki, K. Stivens 1977-ci ildə İslam dinini qəbul edib və o zamandan müsəlman aləmində Yusif İslam kimi də tanınır.