Ərdoğan üzr istəməsə, Putin görüşməyəcək... - Rəsmi açıqlama

erdogan-uzr-istemese-putin-gorusmeyecek
Oxunma sayı: 4255

 Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov Putinin Türkiyə dövlət başçısının telefonlarına cavab verməməsinin səbəbini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Uşakov buna Ankaranın Rusiyaya aid Su-24 təyyarəsini vurduğu üçün üzr istəməməsini əsas gətirib:

“Biz Türkiyə tərəfinin təyyarə ilə bağlı insidentə görə elementar üzrxahlıq etməyə hazır olmadığını görürük”.

Uşakov həmçinin Putinin son iki gündə Ərdoğan tərəfindən edilən zənglərlə bağlı məlumatlandırıldığını bildirib.