Ərdoğan Tvitterdə rekord qırır

erdogan-tvitterde-rekord-qirir
Oxunma sayı: 1530

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tvitter hesabından son 3 ay ərzində etdiyi paylaşımlar 160 milyon dəfə görüntülənib, 2 milyon 700 min istifadəçi tərəfindən bəyənilib.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə prezidentinin tvitlərini 1 milyon istifadəçi öz hesablarından paylaşıb, 217 min istifadəçi isə şərh yazıb. 

Ərdoğanın ən çox paylaşılan tiviti isə avqustun 7-də Yenikapıda keçirilən “Demokratiya və Şəhidlər mitinqi”nə dair yazdığı “Bu gün #TəkMillətTəkÜrək deyərək nəcibliyini bütün dünyaya bir daha nümayiş etdirən millətimə təşəkkür edirəm” yazısı olub.