Ərdoğan siyasi liderlərlə görüşəcək - İlk dəfə

erdogan-siyasi-liderlerle-gorusecek
Oxunma sayı: 4238

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi partiyaların liderləriylə görüşəcək.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan CHP sədri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Baxçalı və AK partinin sədri Binəli Yıldırımı hərbi çevriliş zamanı tutduqları mövqelərə görə təşəkkür etmək və son hadisələri müzakirə edib tədbirlər görmək məqsədilə onları iyulun 25-də Beştepeyə, Prezident Sarayına dəvət edib.

Bu, Beştepe tarixində ilk hadisə kimi dəyərləndirilir.

Qeyd edək ki, çevrilişə cəhdlə bağlı Türkiyədə on mindən çox adam həbs olunub, on minlərlə adam işdən çıxarılıb.