Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində siqareti tərgidən vətəndaşlarla görüşəcək.
“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, Ərdoğan “9 Fevral Dünya Siqareti Buraxma Günü” ilə əlaqədar özəl görüş keçirəcək.
Məlumata görə, görüşə siqareti tərgidən 250-dən çox vətəndaş qatılacaq. Özəl görüşün saat 2-də baş tutacağı gözlənilir.
Hər dəfə siqaret çəkən birini görəndə, onu siqareti tərgitməsi üçün razı salmağa çalışan Ərdoğanın göstərdiyi bu təşəbbüs nəticəsində siqareti buraxan 20 nəfərin də görüşdə istirak etməsi gözlənilir.