Ərdoğan sərt danışdı - “Bunun bədəlini ödəyəcəksən...”

erdogan-sert-danisdi
Oxunma sayı: 3678

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Türkiyəyə qarşı hərəkətlərinə sərt reaksiya verib.

"Qafqazinfo" xəbər verir ki, prezident qeyd edib ki, qərb bir neçə gün ərzində real simasını göstərib:

"Hadisələr başlayanda bunların faşistcəsinə hücum olduğunu bildirmişdim. Nasizm bitdi hesab edirdik, yanılmışıq. Məgər nasizm qərbdə yaşayırmış. Dünən gecə nazir Fatma Sayana qarşı baş verənləri bu ölkə necə açıqlaya bilər? Biz dəvət etmədik deyirlər. Necə yəni? Mən əlimdə pasport olduqdan sonra istədiyim ölkəyə gedərəm".

Ərdoğan baş verənlərin bədəlini ödəyəcəklərini dilə gətirib: "Diplomatiyanın nə olduğunu öyrənəcəklər".