“Ərdoğan Putindən üzr istəyib” - Dmitri Peskov

erdogan-putinden-uzr-isteyib-
Oxunma sayı: 11724

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 qırıcısının vurulmasına görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəyib.

Qafqazinfo” xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Türkiyə prezidenti bununla bağlı V. Putinə məktub ünvanlayıb.

Mətbuat katibinin sözlərinə görə, Ərdoğan məktubunda "üzr istəyirəm" ifadəsindən istifadə edib. Bundan başqa, Türkiyə prezidenti Moskvanı Ankaranın strateji tərəfdaşı adlandırıb və ölkəsinin Rusiya ilə münasibətləri korlamaq istəmədiyini bildirib.