Ərdoğan Oqtay Əsədovla körpünün açılışında - Fotolar

erdogan-oqtay-esedovla-korpunun-acilisinda
Oxunma sayı: 8011

Bosfor boğazı üzərində dünyanın ən geniş körpüsü kimi tarixə düşəcək "Yavuz Sultan Səlim" adlandırılan üçüncü körpünün açılışı olub.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Bəhreyn Əmiri Hamad ibn İsa əl-Xəlifə, Makedoniya prezidenti Qeorqe İvanov, Bolqarıstan baş naziri Boyko Borisov və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, körpünün uzunluğu 1,85 kilometr, eni 59 metr, hündürlyü 320 metrdir.

Layihənin dəyərinin 3 milyard dollar olduğu bildirilir.

Qeyd olunur ki, prezident R. T. Ərdoğan və baş nazir Binəli Yıldırım əraziyə helikopterlə, qonaqlar isə Prezident avtobusu ilə gəlib.