Ərdoğan Bərzani ilə görüşdü - FETÖ-dən danışdılar

erdogan-berzani-ile-gorusdu
Oxunma sayı: 1483

İraq Kürdüstanının lideri Məsud Bərzani Türkiyədə səfərdədir.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beştepedə, Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanla Məsud Bərzani arasında görüş olub.

Mətbuata qapalı keçirilən görüş 1 saat 50 dəqiqə davam edib.

Liderlər görüşdə İraq Kürdistanında FETÖ-yə bağlı məktəb və qurumların fəaliyyətinə xitam verilməsi istiqamətində lazımi addımların atılmalı olduğunu diqqətə çatdırıblar.