“Əminəm ki, onlar da Azərbaycanı nümunə götürəcəklər”

eminem-ki-onlar-da-azerbaycani-numune-goturecekler
Oxunma sayı: 1430

“Əminəm ki, Fəthullah Gülən hərəkatı ilə mübarizədə digər türk dövlətləri də Azərbaycanın mövqeyini nümunə götürəcəklər”.

Qafqazinfo”nun Anadolu Agentliyinə istinadən məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O, qeyd edib ki, Gülənin fəaliyyəti təkcə Türkiyə üçün deyil, bütün dünya üçün təhlükəlidir: “Gülənin tərəfdarları olan ölkələr təhlükəsiz deyil”.

Binəli Yıldırım Gülən məsələsində Azərbaycanın addımlarını yüksək qiymətləndirdiyini bəyan edib.