Əli Laricani İran parlamentinin sədri seçildi

eli-laricani-iran-parlamentinin-sedri-secildi
Oxunma sayı: 647

İran parlamentinin sədri Əli Laricani seçilib.

Qafqazinfo”nun Azvision.az-a istinadən verdiyi məlumata görə, o, 173 deputatın səsini qazanmaqla 10-cu çağırış parlamentin sədri vəzifəsini tutub. Onun rəqibi olan islahatçılar birliyinin lideri Mohammad Reza Arif isə 103 səs toplayıb.

İran parlamenti yeni tərkibdə bu gündən fəaliyyətə başlayıb. Bununla əlaqədar keçirilən rəsmi mərasimdə ölkə prezidenti Həsən Ruhani, hökumət nümayəndələri və digər rəsmilər iştirak edib. Məclisdə Ayətullah Xameneinin müraciəti oxunub.