Ələkbərovun müavininin oğluna qarşı cinayət işi açıldı - Üçüncü dəfə

elekberovun-muavininin-ogluna-qarsi-cinayet-isi-acildi
Oxunma sayı: 2657

“Lukoyl” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslana qarşı növbəti dəfə cinayət işi açılıb.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, biznesmenin oğlun qarşı açılmış artıq üçüncü cinayət işidir.

Bundan öncə gənc oğlana 15 sutkalıq inzibati həbs hökmü verilmişdi.

Qeyd edək ki, Ruslan Şamsuarov bir neçə gün öncə “Gelandewagen” avtomobili ilə Moskvada dostları ilə birgə “avtoşluq” edib. Onları saxlamağa çalışan polisləri ələ salmağa başlayan gənclər hətta polisdən qaçışı videoya da çəkiblər.

Azat Şamsuarov “Lukoyl”un prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun müavinidir.