“Əl-Qaidə” liderinin müavini öldürüldü

el-qaide-liderinin-muavini-olduruldu
Oxunma sayı: 634

“Əl-Qaidə” terror qruplaşmasının lideri Ayman az-Zavahirinin müavini Suriyada hava hücumları zamanı öldürülüb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində Əhməd Həsən Əbu əl-Khar al-Masri İdlib əyalətində məhv edilib.

Qeyd edək ki, ABŞ və müttəfiqləri 2014-cü ildən etibarən İraq və Suriyadakı terrorçulara qarşı kampaniya həyata keçirir.