Xəbər verdiyimiz kimi, Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin icarəyə götürdüyü avtomobil yanmış vəziyyətdə tapılıb. Polis maşında yanmış cəsəd aşkarlayıb. Cəsəd ekspertizaya göndərilib.
“Qafqazinfo” “Globo”ya istinadən xəbər verir ki, ekspertiza Rio-de-Janeyroda tapılan cəsəd qalılqlarının səfirə aid olduğunu təsdiqləyib.
İstintaqı aparan müstəntiq diplomatı öldürməyi planlaşdıran və bunu təşkil edən şübhəli 4 nəfərin həbsini tələb edib.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları səfirin keçmiş həyat yoldaşının sui-qəsdlə bağlı əlaqəsini araşdırır.
Son xəbərlər
Son Xəbərlər