Eks-baş nazir müavini iki uşağı ilə qəzaya düşdü - Onların taleyindən xəbər yoxdur

eks-bas-nazir-muavini-iki-usagi-ile-qezaya-dusdu
Oxunma sayı: 5716

Rusiyanın Altay Respublikasında ekskursiya uçuşu həyata keçirən “Robinson” tipli helikopter Teletskoye gölünə düşüb.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən xəbərinə görə, təyyarənin göyərtəsində 5 nəfər -pilot Dmitri Rakitski, onun xanımı Yelena, respublikanın keçmiş baş nazir müavini Anatoli Bannıx və iki uşağı olub.

“İnterfaks” xəbər verir ki, A. Bannıx vertolyotun idarəsinə nəarət edirmiş. Bu məlumat hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

“Ria Novosti”nin məlumatına görə, “Robinson” pilotun səhv idarəçiliyi və ya əlverişsiz hava şəraitinə görə qəzaya düşmüş ola bilər.

Hazırda təyyarənin göyərtəsində olan insanların taleyindən xəbər yoxdur.