Egey dənizində zəlzələ oldu

egey-denizinde-zelzele-oldu
Oxunma sayı: 695

Egey dənizində 4,2 bal gücündə zəlzələ baş verib.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Muğlanın Datça rayonunda baş vermiş zəlzələ Türkiyə vaxtı ilə saat 17:05-də qeydə alınıb.

Yeraltı təkanlar 57,92 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar haqda məlumat yoxdur.