Əfqanıstanda terakt - 3 ölü, 54 yaralı

efqanistanda-terakt
Oxunma sayı: 735

Əfqanıstanın paytaxtı Kabilin Vəzir Məhəmməd Əkbər Xan rayonunda, ABŞ səfirliyinin yaxınlığında yerləşən hərbi hospitalın qarşısında partlayış törədilib.

Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi məlumata görə, partlayışı törədən silahlılar binaya daxil olublar.

Hadisə nəticəsində 3 nəfər həlak olub, 54 nəfər xəsarət alıb.

Terror aktına məsuliyyəti hələ ki, heç bir terror qruplaşması öz üzərinə götürməyib.