Əfqanıstanda avtobus çaya aşdı - 11 ölü

efqanistanda-avtobus-caya-asdi
Oxunma sayı: 638

Əfqanıstanın şimal-şərqində Baharaq-Feyzabad marşrutu üzrə hərəkət edən avtobus Kokça çayına aşıb.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, insident nəticəsində ən azı 11 nəfər həyatını itirib. Qəzanın Bədəxşan əyalətində baş verdiyi bildirilir.

Yerli hökumətin verdiyi məlumata əsasən, hadisə zamanı 12 sərnişin xilas ola bilib.