“Edam üçün referendum da keçirərik” - Ərdoğan

edam-ucun-referendum-da-kecirerik
Oxunma sayı: 1185

“Edam tələbi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq və qanun layihəsi parlamentdə dəstəkləndikdən sonra mənə təqdim olunduqda onu təsdiqləyəcəm”.

Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa şəhərində xalq qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bunun üçün konstitusiyaya dəyişiklik olmalıdır: “Lazım gələrsə, referendum keçirərik. Millət edam deyirsə, məsələ bitmişdir. Suverenlik qeydsiz-şərtsiz xalqın deyilmi?”.