Dutertedən Rusiyaya jest

duterteden-rusiyaya-jest
Oxunma sayı: 988

Filippin lideri Rodriqo Duterte Rusiyaya qarşı dostluq münasibəti sərgiləyib.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, prezident Rusiyanın kont-admiralı Eduard Mixaylovla görüş zamanı Rusiyaya qarşı mülayim fikirlər səsləndirib.

O, bildirib ki, bu ölkənin donanması istənilən vaxt Filippində qala bilər. Kont-admiralla söhbət edən Duterte “Biz rusiyalı dostlarımızı salamlayırıq. Siz istənilən vaxt, istənilən səbəbdən- oyun üçün, ehtiyatları artırmaq və ya müttəfiq kimi bizi qorumaq üçün lövbər sala bilərsiniz”, - deyib.

Aysel Kərimova