“Düşünüb qərar verməlidirlər, çünki bu qərar qəbul edilsə...” - Ərdoğan

dusunub-qerar-vermelidirler-cunki-bu-qerar-qebul-edilse
Oxunma sayı: 2633

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığ olub.

Qafqazinfo”nun türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında iyunun 2-də Almaniya parlamentində 1915-ci il hadisələri (Qondarma erməni soyqırımı) ilə bağlı səsə qoyulacaq qanun layihəsi müzakirə olunub. Bu barədə Ərdoğan Uqanda Respublikasına səfərində hava limanında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Merkel qanun layihəsi ilə bağlı Türkiyənin lehinə addımlar atmağa çalışacağını söyləyib.

“Biz bu məsələdə rahatıq, bizim belə bir problemimiz yoxdur. Ancaq bu qərar gerçəkləşərsə, təbii ki, iki ölkə arasında ticari-iqtisadi, siyasi əlaqələr zədələnəcək. Elə zənn edirəm ki, bunların hamısını düşünüb qərar verəcəklər. İndi təsdiqlənməmiş bir layihəni dəyərləndirmənin mənası yoxdur”,- deyə Türkiyə lideri vurğulayıb.