Dünyanın ən uzun tuneli - 57 km + Fotolar

dunyanin-en-uzun-tuneli-
Oxunma sayı: 6053

Bu gün dünyada ən uzun yeraltı tunel olan Qotard Baza istifadəyə veriləcək. Nəqliyyat tunelinin ümumi uzunluğu 57 kilometrdir.

QafqazinfoAnspress-ə istinadən xəbər verir ki, dünyanın ən uzun tuneli İsveçrədə istifadəyə təqdim olunacaq. Tunel dəmiryol qatarları üçün nəzərdə tutulub. Qotard aşırımından keçən tunelin açılışında Avropa Birliyinin (AB) nəqliyyat komissarı Violeta Bulc iştirak edəcək. O, tunelin açılışını əsl tarixi hadisə adlandırıb.

Qotard Baza tuneli Alp dağlarının içindən keçərək Avropanın şimalı ilə cənubu birləşdirəcək. 2016-cı ilin dekabrından etibarən tuneldən kommersiya məqsədilə istifadə edilməyə başlanılacaq. Buradan Avropanın fərqli ölkələri keçid kimi istifadə edə biləcək.

Açılışa yüz mindən artıq ziyarətçinin gələcəyi deyilib. Qotard tunelinin uzunluğu 57 kilometrdir və o, 20 il ərzində tikilib. Layihə ümumilikdə 12.3 milyard ABŞ dollarına başa gəlib. Tuneldə sərnişin qatarları üçün saatda 250 kilometr, yük qatarları üçün isə saatda 100 kilometr sürət nəzərdə tutlub.

Sen-Qotard aşırımının altından 16.9 kilometr uzunluğunda avtomobillər üçün nəzərdə tutulmuş tunel də mövcuddur. İsveçrə hökuməti və AB isə daha ekoloji variant olan dəmiryolunun inkişafına yatırım etməyi planlaşdırır.