Dünyanın ən korrupsioner adamı seçildi

dunyanin-en-korrupsioner-adami-secildi
Oxunma sayı: 2437

Ukraynanın eks-prezidenti Viktor Yanukoviç dünyanın bir nömrəli korrupsioneri seçilib.

“Qafqazinfo” xəbər verir ki, səsverməyə Unmask the Corrupt saytında ötən ilin dekabrından start verilib və səsvermədə istənilən şəxs iştirak edə bilərdi. Yanukoviçə 13.200 insan səs verərək onu dünyanın əsas korrupsiuoneri seçiblər.

İkinci yeri Braziliyanın dövlət neft şirkəti olan Petrobras 11.900 səslə tutub. Üçüncü yerdə isə 10.200 səslə Panama prezidenti Rikardo Martinelli qərarlaşıb.

Qeyd edək ki, Unmask the Corrupt saytı Transparency International təşkilatının layihəsidir.