Dünyanı xalqların köçü gözləyir - Dünya Bankı

dunyani-xalqlarin-kocu-gozleyir-
Oxunma sayı: 2013

Yaxın onilliklərdə dünyanı xalqların köçü gözləyir. Dünya Bankı ekspertlərinin məlumatlarına görə, Avropada müşahidə olunan Afrika və Yaxın Şərq ölkələrindən miqrant və qaçqınların axını uzunmüddətli trenddir. Qlobal iqtisadiyyatı insanların çox yoxsul ölkələrdən daha varlı ölkələrə kütləvi miqrasiyası gözləyir.

“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, bu barədə məlumat demoqrafik dəyişikliklərin qlobal monitorinqi ilə bağlı məruzədə yer alıb. Məruzə Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun ənənəvi görüşünün açılışı ərəfəsində Perunun paytaxtı Limada təqdim olunub.

Sənəd müəlliflərinin fikrincə, müvafiq tədbirlər görülsə, miqrasiya ifrat yoxsulluğu aradan qaldırmağa və dünyada sərvətin daha ədalətlə bürünməsinə kömək edə bilər. Ekspertlər əmindirlər ki, ayrı-ayrı ölkələrdə müxtəlif demoqrafik hadisələr baş verir. Amma bu trendlərin hər birindən iqtisadi inkişaf üçün istifadə etmək olar.