Dünya gücləri Yaponiyada toplaşdı - 23 min polis qoruyacaq

dunya-gucleri-yaponiyada-toplasdi
Oxunma sayı: 1790

Bu gün Yaponiyada ikigünlük G7 sammiti öz işinə başlayır.

Qafqazinfo” xəbər verir ki, liderlərin görüşü üçün Honsyu adası seçilib. Sammitlə bağlı adada təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə 23 min polis cəlb edilib.

Artıq sammitdə iştirak üçün ABŞ prezidenti Barak Obama, Böyük Britaniya baş naziri Devid Kameron və Kanada baş naziri Castin Tryudo Yaponiyada səfərdədirlər.

Sammitdə, həmçinin Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, İtaliya nazirlər şurasının rəhbəri Matteo Rentsi, Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker də iştirak edəcək.

Liderlər terrorizmlə mübarizə, ərazi mübahisələri, nüvə silahı, miqrant və enerji məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, bu, 2008-ci ildən bu yana Yaponiyada keçirilən ilk sammitdir.

Xatırladaq ki, G7 ölkələrinə yüksək iqtisadi inkişafı olan ölkələr daxildir: ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Fransa, İtaliya və Kanada