“Dünən axşam Obamaya dedim ki…” - Ərdoğan

dunen-axsam-obamaya-dedim-ki
Oxunma sayı: 1872

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dünən dövlət başçısı Obama ilə aralarında baş tutan telefon əlaqəsindən danışıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan həmkarını İŞİD-ə qarşı birgə mübarizəyə çağırdığını deyib:

“Dünən axşam Obamaya dedim ki, gəlin Rakkadan İŞİD-i birgə təmizləyək. PYD/YPG kimi terror təşkilatlarına ehtiyacımız yoxdur: "Biz dedik ki, gəlin sizinlə bərabər Rakkadan İŞİD-i təmizləyək. Bunu birgə həll edə bilərik, gücümüz var. Onlar kimdirlər? Bəsit terror təşkilatlarıdır. Hazırda Kərkük, Mosul, Telafer, Sincarda bu mübarizəni davam etdirəcəyik”.