Diplomatlarımız aksiya keçirdi - Fotolar

diplomatlarimiz-aksiya-kecirdi-
Oxunma sayı: 1136

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti ilə birgə aksiya keçirib.

Qafqazinfo” xəbər verir ki, aksiyada “Dostluq” milli-mədəni cəmiyyətin müraciəti əsasında Aktau şəhər akimiyyəti (meriyası) tərəfindən Azərbaycan və Qazaxıstan dostluğunun simvolu kimi yaradılacaq park üçün ayrılmış ərazidə abadlıq işləri aparılmış, ağaclar əkilib.

Aksiyada azərbaycan diasporunun nümayəndələri ilə yanaşa, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov, Manqistau vilayət akiminin (qubernatorunun) müavini Rahimbek Amirjanov, digər ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Aktau şəhərində yaşayan azərbaycanlı iş adamlarının imkanları hesabına yaradılacaq parkda 200 kv.metrdən artıq daş döşəmə qoyulub, parkın mərkəzində səkkiz guşəli ulduz formasında daş döşəmə üzərində Azərbaycanın xəritəsi yonulmuş daş kürə qoyulub.

Park ərazisində soydaşlarımız tərəfindən Baş konsulluğun dəstəyi ilə Azərbaycandan gətirilərək əkilmiş 613 ağac Xocalı soyqırımında həlak olanların ruhuna ithaf olunub.